Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində hərəkət qismən bərpa edilib (FOTO) (YENİLƏNİB)

Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində hərəkət qismən bərpa edilib (FOTO) (YENİLƏNİB)

Tarix: 23 Iyun 2019 13:56

İlk xəbər saat 11:20-də yayılıb

Bakı. Trend:

Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində hərəkət qismən bərpa edilib.

Trend-in məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

XXX

11:20

Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş verən yanğınla əlaqədar qeyd edilən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən də 11; 12; 7A; 15; 22; 30; 32; 35; 36; 40; 44; 49; 50; 51; 57; 60; 62; 64; 81; 103; 105; 141; 214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metroduna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.


Etiketlər:  Dakar dairəsindən 8 ci kilometr bazarı istiqamətində hərəkət qismən bərpa edilib FOTO YENİLƏNİB


RƏYLƏR