Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 04:36
Bakı. Trend:
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 2020-ci ildə Livanın əhalisinə 40 milyon avro yardım etmək niyyətindədir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu BQXK-nın prezidenti Peter Maurer Livana yardım üçün keçirilən beynəlxalq videokonfransda deyib.
Onun sözlərinə görə, BQXK eyni zamanda bu ölkədəki fəaliyyətinin donorlar tərəfindən dəstəklənəcəyinə də ümid edir: "İlk qiymətləndirməmizə əsasən, BQXK-nın xərcləri üçün 2020-ci ilin sonunadək əlavə 40 milyon avro tələb olunur. Lakin sizin uzun müddətli planda dəstəyiniz son dərəcə vacibdir".
BQXK prezidenti vurğulayıb ki, ön cəbhədə insanlara yardım göstərən təşkilatlara və müəssisələrə donor ölkələri tərəfindən dəstək mühüm əhəmiyyət kəsb edir.