Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 14:48
Bakı. Trend:
Rusiyada Moskvanın Taqanka rayon məhkəməsi “Google” LLC şirkətini axtarış sistemləri ilə bağlı qanunvericiliyi təkrar pozduğu üçün 20 min dollardan çox məbləğdə cərimələyib.
Trend-in məlumatına görə, məhkəmənin qərarına əsasən “Google” axtarış sistemi Rusiya ərazisində fəaliyyəti məhdudlaşdırılmış saytlar barədə nəticələri qadağaya baxmayaraq istifadəçilərə təqdim edib.
Qeyd edək ki, 2018-ci ilin oktyabrında Rusiyada qüvvəyə minən qanuna əsasən axtarış sistemləri ölkə ərazisində qadağan olunmuş informasiyanı filtrləməli və axtarış nəticəsi olaraq təqdim etməməlidir. “Google” bu reyestrə qatılmaqdan imtina edib.