Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2025 21:22
"Azərbaycan qonşu dövlət, qohumluq əlaqələrimiz olan xalqdır".
Sonxeber.net xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Zəncana səfəri zamanı deyib.
O, Azərbaycanla münasibətləri şərh edib və Bakıya son səfəri ilə bağlı tənqidlərə cavab verib:
"Necə ola bilər ki, mən ora gedib razılığa gəlmirəm? Biz onlarla qonşu ola-ola əlaqə yarada bilmirik. Necə olur ki, İsrail bunu kənardan gəlib edə bilir?"
İran Prezidenti əlavə edib ki, əgər iki qonşu ölkə arasında əlaqələr qurulmasa, məsuliyyət İran tərəfinin üzərinə düşür: "Əgər rabitə qurulmazsa, deməli, günah bizdədir".