Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 31 Oktyabr 2025 11:12
Sosial şəbəkələrdə tanınan "qaraçı" qızlar bu gün paytaxtda yerləşən bir şirniyyat evindən oğurluq ediblər.
Sonxeber.net-ınn məlumatına görə, hadisə zamanı iki gənc qız mağazaya daxil olub.
Onlardan biri mağaza əməkdaşını söhbətə tutaraq diqqətini yayındırıb, digəri isə bu fürsətdən istifadə edərək kassadan pul götürüb.
Mağaza işçiləri baş verənlərlə bağlı polisə müraciət ediblər.
Bildirilir ki, oğurluq anı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    