Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2025 17:34
Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi mərc oyunlarında iştirakı sübut olunan bir qrup hakimi cəzalandırıb.
Sonxeber.net xəbər verir ki, araşdırmaların nəticəsinə əsasən 149 hakim 8-12 ay müddətinə futboldan uzaqlaşdırılıb.
Bundan əlavə, Zorbay Küçük, Melih Kurt və Mertcan Tubay adlı üç hakim barədə istintaqın davam etdiyi bildirilib.
Xatırladaq ki, son aylarda Türkiyə futbolunda ciddi korrupsiya qalmaqalı yaşanır. Araşdırmalar zamanı aktiv fəaliyyət göstərən 571 hakimin 371-nin mərc hesabı olduğu, 152 hakimin isə oyunlara pul yatırdığı müəyyən edilib.