Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurban Qurbanov Kadiyə əsəbiləşdi - VİDEO

Qurban Qurbanov Kadiyə əsəbiləşdi - VİDEO

Tarix: 31 Oktyabr 2025 23:08

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən "Qarabağ" - "İmişli" oyunu gərgin anlarla yadda qalıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, son çempion "Qarabağ"ın rəqibini 2:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada oyunun son dəqiqələrində komandanın futbolçusu Kadi Borgesin davranışı baş məşqçi Qurban Qurbanovu özündən çıxarıb.

Belə ki, braziliyalı futbolçu əvəzlənərkən meydanı gec tərk etdiyi üçün sarı vərəqə ilə cəzalandırılıb. Bu isə təcrübəli mütəxəssisin sərt reaksiyasına səbəb olub.

Xatırladaq ki, daha əvvəl UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda "Atletik"ə uduzan "Qarabağ"ın baş məşqçisi futbolçularının hücum zamanı etdiyi səhvə görə özündən çıxmışdı. Həmin anlar da sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.


Etiketlər:  Qurban Qurbanov Kadiyə əsəbiləşdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ