Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Osimhenə fantastik transfer qiyməti qoyuldu

Osimhenə fantastik transfer qiyməti qoyuldu

Tarix: 31 Oktyabr 2025 12:46

Türkiyənin "Qalatasaray" klubu nigeriyalı hücumçusu Viktor Osimhen üçün yüksək transfer qiyməti qoyub.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin ulduz forvardını transfer etmək istəyən klub 140 milyon avro ödəməlidir.

Məlumata görə, 26 yaşlı oyunçuya "Barselona" və PSJ kimi nəhəng klublar da maraq göstərsə də, "Qalatasaray" Osimheni satmaq niyyətində deyil. Buna görə klub afrikalı hücumçu üçün yüksək transfer qiyməti müəyyən edib.

Xatırladaq ki, Osimhenin "Qalatasaray"la müqaviləsi 2029-cu ilin yayına qədər etibarlıdır. Bu mövsüm futbolçu Superliqada və UEFA Çempionlar Liqasında çıxış etdiyi 9 oyunda 6 qol vurub.

Hüseyn


Etiketlər:  Osimhenə fantastik transfer qiyməti qoyuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ