Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı

Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı

Tarix: 31 Oktyabr 2025 10:44

Dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva tutduğu vəzifələrdən azad edilib.

Sonxeber.net xəbər verir ki, qafqazinfo.az-ın əldə etdiyi məlumata əsasən, bununla bağlı artıq müvafiq əmr imzalanıb.

Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini, həmçinin II cərrahiyyə şöbəsinin müdiri və bölmə rəhbəri kimi fəaliyyət göstərirdi. Klinikadan verilən məlumata görə, o, son günlərdə bu vəzifələrindən kənarlaşdırılıb.

Xatırladaq ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) prezident təyin olunduqdan sonra, o dövrdə klinikanın direktoru olan Əhliman Əmiraslanov Nigar Mehdiyevanı işə qəbul etmiş və ona dosent elmi dərəcəsi verilmişdi.

Məlumata görə, daha əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu - Fövqəladə Hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına da məhdudiyyət qoyulub.


Etiketlər:  Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ