Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Monteneqro Ombudsmanı saxlanılan azərbaycanlıların hüquqlarını müdafiə edəcək

Monteneqro Ombudsmanı saxlanılan azərbaycanlıların hüquqlarını müdafiə edəcək

Tarix: 31 Oktyabr 2025 11:26

Monteneqro Respublikasının İnsan Hüquqları və Azadlıqları Müdafiəçisi Sinişa Bjekoviç Podqoritsa şəhərində Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın məktubuna rəsmi qaydada cavab ünvanlayıb.

Sonxeber.net xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, Monteneqro Ombudsmanı məsələnin nəzarətə götürülərək bununla əlaqədar həmin ölkənin Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığını və saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla davranıldığını bildirib.

S.Bjekoviç etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin qarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər bir Azərbaycan Respublikası vətəndaşının hüquqlarının müdafiə olunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılan istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı çərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.

Hadisə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin diqqətində saxlanılır.


Etiketlər:  Monteneqro Ombudsmanı saxlanılan azərbaycanlıların hüquqlarını müdafiə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ