Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 31 Oktyabr 2025 03:06
Narın tərkibindəki güclü antioksidant birləşmələr - polifenollar, antosiyaninlər və punikalaginlər - qan damarlarını təmizləyir, pis xolesterolu (LDL) azaldır və yaxşı xolesterolu (HDL) artırır. Mütəmadi nar istehlakı aterosklerozun qarşısını alır, infarkt və insult riskini azaldır.
Sonxeber.net xəbər verir ki, həkimlər xüsusilə yüksək təzyiq və damar tıxanıqlığından əziyyət çəkənlərə gündəlik kiçik bir kasa nar yeməyi tövsiyə edirlər. Nar C vitamini ilə zəngindir - bir stəkan təzə sıxılmış nar suyu orqanizmin gündəlik C vitamini ehtiyacının yarısını qarşılayır. Bu xüsusiyyət qış aylarında qrip və soyuqdəyməyə qarşı təbii qoruma rolunu oynayır.
Elmi araşdırmalar göstərir ki, nar prostat və döş xərçəngi hüceyrələrinin böyüməsini ləngidir. Güclü antioksidant təsiri hüceyrələri sərbəst radikallardan qoruyur və müntəzəm istifadə bədəni xərçəng riskindən müdafiə edir.
Nar həmçinin dərinin yenilənməsini sürətləndirən maddələr ehtiva edir. Davamlı istehlak dərinin elastikliyini artırır, qırışların yaranmasını azaldır və qocalmanı gecikdirir. Bu səbəbdən də nar "təbii gənclik meyvəsi" adlandırılır.
Meyvənin yüksək lif tərkibi həzm sistemini dəstəkləyir, qəbizliyin qarşısını alır və bağırsaq fəaliyyətini tənzimləyir. Mütəxəssislər səhər acqarına bir xörək qaşığı nar yeməyi həzm tarazlığı üçün faydalı sayırlar.
Nar şirəsindəki kalium elementi qan təzyiqinin və ürək ritminin sabit saxlanmasına kömək edir. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlərə narı müntəzəm istifadə etmək məsləhət görülür.
Necə istehlak etməli?
Mütəxəssislər qeyd edirlər ki, nar dənələrini birbaşa yemək, onları şirələməkdən daha faydalıdır. Gündə 3-4 xörək qaşığı nar dənəsi qəbul etmək ürək-damar sağlamlığını qorumaq üçün kifayətdir.
Nar həm dadı, həm də çoxsaylı faydaları ilə qış aylarının ən güclü təbii əlavələrindən biri hesab olunur. Xüsusilə ürək və təzyiq xəstələrinin bu meyvəni müntəzəm rasionlarına daxil etmələri tövsiyə olunur.
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    