Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2025 06:06
Enerji içkilərinin xüsusilə gənclər arasında geniş istifadə olunması həkimləri narahat edir. Mütəxəssislər bildirirlər ki, cəmi bir qutu enerji içkisi belə orqanizmə ciddi təsirlər göstərə bilər.
Sonxeber.net xəbər verir ki, həkimlərin qeyd etdiyi əsas fəsadlar bunlardır:
Ürək ritminin pozulması: Enerji içkisindəki yüksək kofein ürək döyüntüsünü sürətləndirə və aritmiyaya səbəb ola bilər.
Qan təzyiqinin yüksəlməsi: Qısa müddətdə təzyiqin artması başgicəllənmə, halsızlıq və ürək yükünün çoxalmasına gətirib çıxarır.
Yuxu pozğunluğu: Bir qutu içkidə olan kofein günün sonuna qədər yuxusuzluq və gərginlik yaradabilir.
Mədə problemləri: Tərkibindəki turşular və stimulantlar mədə qıcqırması, ağrı və həzmsizlik yaradır.
Asılılıq riski: Enerji içkiləri tez-tez istifadə edildikdə orqanizm kofeinə öyrəşir və daha çox tələb etməyə başlayır.
Sinir sisteminə təsir: Gərginlik, əsəbilik, diqqət dağınıqlığı kimi hallar müşahidə oluna bilər.
Həkimlər xüsusilə yeniyetmələrə, hamilə qadınlara, təzyiq və ürək xəstələrinə enerji içkilərindən uzaq durmağı tövsiyə edirlər.
Mütəxəssislərin fikrincə, enerji içkilərini gündəlik həyatın tərkib hissəsinə çevirmək ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Hüseyn