Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məhsulların tərkibində yod var - Yeməyəndə əqli gerilik yaradır

Bu məhsulların tərkibində yod var - Yeməyəndə əqli gerilik yaradır

Tarix: 31 Oktyabr 2025 06:06

"Qeyri-dəniz mənbələrindən də yod əldə etmək mümkündür"

Sonxeber.net xəbər verir ki, Endokrinoloq Olqa Çernitskaya bildirib ki, yod orqanizm üçün vacib mikroelementdir və adətən insanlar onu dəniz məhsulları və balıqdan alırlar. Bununla yanaşı, yodla zəngin qeyri-dəniz məhsulları da mövcuddur.

Yumurta, süd məhsulları, kartof, lobya, ispanaq, giləmeyvə və qurudulmuş meyvələr kimi qeyri-dəniz məhsullarında da yod var.

"Sağlam insan orqanizmində 15-20 mq yod olur, bunun 70-80 faizi qalxanabənzər vəziyə yığılır və tiroid hormonlarının sintezi üçün vacibdir. Gündəlik yod ehtiyacı 100-200 mkq təşkil edir, amma insan orqanizmi onu özü istehsal etmir, xaricdən qəbul edilməlidir.

Yodun qidalarda miqdarı uzun müddət saxlanma zamanı və xüsusən istiliklə emal zamanı 30-80 faiz azalır. Buna görə balanslı qida rejimi tərtib etmək və lazım olduqda yod əlavələri qəbul etmək vacibdir. Yod çatışmazlığı tiroid xəstəlikləri, hamiləlikdə risklərin artması, uşaqlarda fiziki və zehni inkişafın ləngiməsi, endemik kretenizm və perinatal ölüm halları ilə nəticələnə bilər.


Etiketlər:  məhsulların tərkibində Yeməyəndə əqli gerilik yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ