Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 31 Oktyabr 2025 10:02
Portuqaliyanın əfsanəvi futbolçusu Kriştiano Ronaldonun oğlu - Kriştiano Ronaldo kiçik milli səviyyədə ilk oyununa çıxıb.
Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 yaşlı futbolçu Antalyada keçirilən Federasiyalar Kubokunda Portuqaliyanın U16 millisinin heyətində Türkiyəyə qarşı meydana çıxıb. Görüş portuqaliyalıların 2:0 hesablı üstünlüyü ilə davam edərkən, Ronaldo kiçik 90-cı dəqiqədə oyuna daxil olub və cəmi iki dəqiqə sonra - 90+2-də komandasının üçüncü qolunu vurub.
Portuqaliya mətbuatında "Cristianinho" adı ilə tanınan gənc hücumçu daha əvvəl də U15 yığmasında fərqlənmişdi. O, bu ilin mayında keçirilən Vlatko Markoviç Turnirinin finalında Xorvatiyaya qarşı iki qol vuraraq diqqət mərkəzinə düşmüşdü.
Hazırda Ronaldo kiçik atasının formasını geyindiyi "Al Nassr" klubunun gənclər komandasında çıxış edir. Bundan öncə isə o, "Mançester Yunayted" və "Yuventus" akademiyalarında təcrübə toplayaraq elit futbol mühitində inkişaf edib.
Hüseyn
 
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    