Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2025 22:15
Məşhur türkiyəli müğənni Kenan Doğulunun son konsertində maraqlı və səmimi anlar yaşanıb. Səhnədə çıxışı zamanı sənətçinin ayaqqabısının bağları açılıb. Bu vəziyyəti görən ön sıradakı bir pərəstişkarı Doğulunun ayaqqabısının bağlarını bağlayıb.
Sonxeber.net xəbər verir ki, Kenan Doğulu səhnədə mahnı oxuduğu anda ayaqqabısının bağının açıldığının fərqinə varmayıb. Pərəstişkarı isə müğənninin yıxılmaması üçün irəli əyilərək onun ayaqqabısının bağlarını bağlayıb.
Bu səmimi jest qarşısında Kenan Doğulu pərəstişkarına təşəkkür edib və həmin anı zarafatla qarşılayıb.
Lalə Qüdrətova