Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2025 01:05
Xalq artisti Röya Ayxanın illər öncə televiziya efirində mahnı ifa etdiyi arxiv videosu sosial şəbəkələrdə yenidən gündəm olub.
Sonxeber.net xəbər verir ki, görüntülərin ATV telekanalında yayımlanan Zaur Baxşəliyev və Nanə Ağamalıyevanın birgə apardığı verilişin arxivindən olduğu aydın olub. Kadrlarda gənc Röyanın səhnədə canlı ifası və sadə, səmimi çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
İzləyicilər sosial mediada sənətçinin həmin dövrlərdəki enerjisinə və səsinin gücünə heyranlıqlarını ifadə ediblər. Bir çoxları Röyanın illər keçsə də, sənətinə və səhnə performansına olan sevgisini qoruyub saxladığını vurğulayıb.
Hazırda videonu bir çox sosial media səhifələri paylaşıb və görüntülər qısa zamanda minlərlə baxış toplayıb.
Musa