Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Türkiyə ilə sərhədlərin açılmasından danışdı

Paşinyan Türkiyə ilə sərhədlərin açılmasından danışdı

Tarix: 30 Oktyabr 2025 10:54

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması artıq zaman məsələsidir.

Sonxeber.net xəbər verir ki, Paşinyan bu fikirləri Paris Sülh Forumunun panel müzakirəsində səsləndirib.

O qeyd edib ki, hazırda prosesin qarşısında ciddi maneələr yoxdur və tərəflər normallaşma istiqamətində irəliləyirlər.

"Düşünürəm ki, bu, baş verəcək. Nə qədər tez olacağı başqa məsələdir. Amma hesab edirəm ki, biz artıq o mərhələyə yaxınlaşırıq ki, tam diplomatik münasibətlər qurulacaq, sərhədlər açılacaq, iqtisadi və siyasi əməkdaşlıq başlayacaq və biz normal qonşular olacağıq. Əminəm ki, bu an yaxınlaşır, amma dəqiq vaxt deyə bilmərəm", - Paşinyan bildirib.


Etiketlər:  Paşinyan Türkiyə ilə sərhədlərin açılmasından danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ