Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 17:56
"Erzurumspor"la müqaviləsi başa çatan qapıçı İbrahim Şehiç gələcəyi ilə bağlı açıqlama verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, özünün "İnstaqram" hesabından yaydığı açıqlamada növbəti mövsüm hansı komandada oynayacağına qərar vermədiyini bildirib. Bosniyalı qolkiper menecerinin və ailəsinin təsiri olmadan yekun qərarı özünün verəcəyini qeyd edib. O, Çempionlar Liqasında oynayan bir komandadan (red - "Qarabağ"ı nəzərdə tutur) "Erzurumspor"a da öz qərarı ilə keçdiyini vurğulayıb. Şehiç Erzurum təmsilçisinin azarkeşlərindən bu məsələ ilə bağlı ona hörmət etmələrini, ailəsinə xoşagəlməz mesajların yazılmamasını istəyib.
Qeyd edək ki, Şehiç 2019/2020 mövsümündə Türkiyə birinci liqasında ən az qol buraxan qapıçı olub. Onun şərəfini qoruduğu komanda növbəti mövsüm Türkiyə Superliqasında vəsiqə qazanıb.
Xatırladaq ki, Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da oynayıb.