Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 19:00
"Arsenal" yeni mövsümün transferləri üçün 110 milyon avro xərcləməyi planlaşdırır.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, London təmsilçisi gəlir qazanmaq üçün Lukas Torreyra, Eynsli Meytlend-Naylz, Matteo Gündüzi və Şkodran Mustafi kimi futbolçuları satmaq fikrindədir.
"Topçular"ın hədəfində Tomas Parti ("Atletico"), Qabriel Meqalaes ("Lille") və ötən mövsüm "Real"dan icarəyə götürdüyü Dani Sebalyos var. "Arsenal"ın bu 3 futbolçunun keçidi üçün 110 milyon avro xərcləyəcəyi gözlənilir.