Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2020 19:16
Bakı. Trend:
Çinin “WeChat” proqramının bütün dünya üzrə “AppStore”dan silinməsi qərarı qəbul edilərsə, “iPhone”ların satışı 30 faiz azala bilər.
Trend-in məlumatına görə, “WeChat” tətbiqi Çin ərazisində təkcə ünsiyyət üçün deyil, həm də onlayn alış-veriş, gedişhaqları, eləcə digər gündəlik ehtiyaclar üçün istifadə olunur.
Bu proqram “AppStore”dan silinsə, çinlilərin “iPhone”lara marağı azala bilər. Bu isə satışların 25-30 faiz azalmasına səbəb olar.
Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp ““WeChat” təhdidi ilə mübarizə” barədə fərmanı imzalayıb. Fərmana əsasən, sənəd qüvvəyə mindikdən 45 gün sonra “WeChat”la bağlı bütün ödənişlər qadağan olunacaq.