Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“iPhone”ların satışı 30 faiz azala bilər

“iPhone”ların satışı 30 faiz azala bilər

Tarix: 10 Avqust 2020 22:16

Çinin "WeChat" proqramının bütün dünya üzrə "AppStore"dan silinməsi qərarı qəbul edilərsə, "iPhone"ların satışı 30 faiz azala bilər.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, "WeChat" tətbiqi Çin ərazisində təkcə ünsiyyət üçün deyil, həm də onlayn alış-veriş, gedişhaqları, eləcə digər gündəlik ehtiyaclar üçün istifadə olunur.

Bu proqram "AppStore"dan silinsə, çinlilərin "iPhone"lara marağı azala bilər. Bu isə satışların 25-30 faiz azalmasına səbəb olar.

Qeyd edək ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp ""WeChat" təhdidi ilə mübarizə" barədə fərmanı imzalayıb. Fərmana əsasən, sənəd qüvvəyə mindikdən 45 gün sonra "WeChat"la bağlı bütün ödənişlər qadağan olunacaq.


Etiketlər:  iPhoneların satışı faiz azala bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ