Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Araşdırma: istifadəçilər “Windows 7”dən imtina etməyə tələsmirlər

Araşdırma: istifadəçilər “Windows 7”dən imtina etməyə tələsmirlər

Tarix: 11 Avqust 2020 08:52

"Microsoft" şirkəti 2020-ci ilin əvvəlində "Windows 7" əməliyyat sisteminin texniki dəstəyinin dayandırılması haqqında rəsmi açıqlama vermişdi. ABŞ şirkəti sözügedən sistemin texniki dəstəyini dayandırsa da, statistikaya əsasən, istifadəçilər masaüstü ƏS-nin aktual versiyasına keçməyə tələsmirlər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "NetMarketShare" analitik resursunun məlumatına görə, "Windows 7" sisteminin idarəetməsi altında işləyən kompüter və noutbukların bazar payı son dərəcə cüzi templə azalır. İlin əvvəlində əməliyyat sistemi qurğuların 25,56%-nə quraşdırılmışdısa, indi bu göstərici 23,34% təşkil edir.

Eyni zamanda bu günlərdə 5 illiyini qeyd etmiş "Windows 10" sistemi 1 milyard aktiv istifadəçiyə sahibdir. Statistikaya görə, "Windows 10" sistemi kompüterlərin 59,37%-nə quraşdırılıb. Bu halda "Windows 8.1" əməliyyat sisteminin bazar payı 2,87% təşkil edir.

Milli.Az


Etiketlər:  Araşdırma istifadəçilər Windows 7dən imtina etməyə tələsmirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ