Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Narkotiklə tutulmuş Astara sakininin digər cinayəti də üzə çıxıb

Narkotiklə tutulmuş Astara sakininin digər cinayəti də üzə çıxıb

Tarix: 11 Avqust 2020 10:36

Bakı. Trend:

Narkotik vasitə ilə tutulmuş Astara sakininin digər cinayət əməli də üzə çıxıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuş rayonun Ərçivan qəsəbə sakini R.Mirzəyevin ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qohumu olan şəxsin evindən oğurluq etdiyi də müəyyən edilib.

Aparılan araşdırmalarla R.Mirzəyevin Ərçivan qəsəbə sakini H.Hüseynova məxsus yaşayış evindən 1500 manat pul oğurladığı məlum olub.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.


Etiketlər:  Narkotiklə tutulmuş Astara sakininin digər cinayəti üzə çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ