Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Akrobatika gimnastlarımız II Avropa Oyunlarında növbəti medallarını qazanıblar

Akrobatika gimnastlarımız II Avropa Oyunlarında növbəti medallarını qazanıblar

Tarix: 23 Iyun 2019 20:12

Bakı. Trend:

İyunun 22-də II Avropa Oyunlarının akrobatika gimnastikası yarışlarında Azərbaycan təmsilçiləri millimizin aktivinə daha bir medal yazdırıblar.

Trend-in məlumatına görə, “Minsk 2019”da kombinasiya edilmiş hərəkətlər üzrə qarışıq cütlüklərin yarışında mübarizə aparan Ruhidil Qurbanlı - Abdulla Əl-Məşayxi cütlüyü 29,540 xal toplayaraq ikinci Avropa Oyunlarının gümüş medalına sahib olublar.

Qızıl medalı Rusiya təmsilçiləri –Viktoriya Aksenova və Kiril Startsev cütlüyü qazanıb (29,580 xal). Bürünc medala 29,420 xal toplayan Volna Melnik - Artur Belakurov cütlüyü (Belarus) layiq görülüb.

Xatırladaq ki, bu, Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxinin "Minsk 2019"da üçüncü medallarıdır. İdmançılarımız ötən gün bir gümüş və bir bürünc medal qazanıblar.


Etiketlər:  Akrobatika gimnastlarımız II Avropa Oyunlarında növbəti medallarını qazanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ