Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2019 23:04
Bakı. Trend:
Hindistanın şimal-şərqində yerləşən Bihar ştatında üç həftə ərzində kəskin ensefalit xəstəliyindən ölənlərin sayı 145 nəfərə çatıb.
Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə India Today jurnalı məlumat yayıb.
Ən çox ölüm halları isə Muzaffarpur şəhərində qeydə alınıb. Hazırda ştatın xəstəxanalarında ensefalit xəstəliyindən 600-yə yaxın uşaq müalicə alır, onların bəzilərinin vəziyyəti çox ağır qiymətləndirilir.
Həkimlər kəskin ensefalit xəstəliyinin artmasına regionda davam edən yüksək rütubətli anomal istilərin səbəb olduğunu bildirilər. Bu xəstəliyə ən çox 15 yaşınadək uşaqlar tutulur.
1970-ci illərin sonlarında Hindistanda ilk ensefalit epidemiyası qeydə alındıqdan bu günə qədər Bihar və qonşu Uttar-Pradeş ştatlarında minlərlə uşaq həyatını itirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin