Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2020 17:44
"Real" "Real Sosyedad"da icarə əsasında çıxış edən futbolçusu Martin Edeqorla bağlı qərarını verib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan 21 yaşlı yarımmüdafiəçinin icarədən qayıtmasını tələb edib. Beləliklə, o, növbəti mövsümü Madrid klubunda keçirəcək.
Qeyd edək ki, Edeqor 2019/2020 mövsümündə icarə əsasında "Real Sosyedad"da oynayıb. Onun klubla icarə müqaviləsini daha il uzatmaq imkanı var idi.