Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlib - FOTO

Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlib - FOTO

Tarix: 13 Avqust 2020 07:06

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, qonaqları Bakıda Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirov qarşılatyıb.

Qeyd edək ki, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Milli.Az


Etiketlər:  Türkiyə Milli Müdafiə naziri Baş Qərargah rəisi Azərbaycana gəlib FOTO


RƏYLƏR