Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaçmaz polisi təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıb (FOTO)

Xaçmaz polisi təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıb (FOTO)

Tarix: 13 Avqust 2020 15:42

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 57 binada aparılıb.

Keçirilən imtahanla əlaqədar Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıblar. Şöbə əməkdaşları tərəfindən sosial izolyasiya qaydalarına riayət olunması, eləcə də təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri bütün tədbirlər həyata keçirilib.

Xaçmaz polisi təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıb (FOTO) - Gallery Image Xaçmaz polisi təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıb (FOTO) - Gallery Image Xaçmaz polisi təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıb (FOTO) - Gallery Image


Etiketlər:  Xaçmaz polisi təhsil müəssisələrinin qarşısında gücləndirilmiş rejimində xidmət aparıb FOTO


RƏYLƏR