Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan neftinin son qiymətləri

Azərbaycan neftinin son qiymətləri

Tarix: 13 Avqust 2020 16:36

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 12-də 45,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,19 dollar/barel çoxdur.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə  ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 45,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,18 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 45,1 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.


Etiketlər:  Azərbaycan neftinin qiymətləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ