Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

Azərbaycanda 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

Tarix: 13 Avqust 2020 17:34

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 269 nəfər müalicə olunaraq sağalıb, 500 nəfər vəfat edib, aktiv xəstə sayı 2 146 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 520, ötən müddət ərzində isə ümumilikdə 812 033 test aparılıb.

Milli.Az


Etiketlər:  Azərbaycanda nəfər koronavirusa yoluxdu nəfər sağaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ