Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

VPN istifadəsi sürətləndi! TikTok-un vəziyyəti necə olacaq?

VPN istifadəsi sürətləndi! TikTok-un vəziyyəti necə olacaq?

Tarix: 13 Avqust 2020 20:52

VPN istifadəsi sürətlə artmağa davam edir. Dünyanın gündəmində əhəmiyyətli yer tutan TikTok bir çox ölkə tərəfindən diqqətlə araşdırılıb. ABŞ prezidenti Donald Trump bu yaxınlarda TikTok qadağası ilə bağlı konkret addım atdı.

Milli.Az ted.az-a istinadən bildirir ki, bir çox ölkələrin TikTok tətbiqini təhdid olaraq görməyə başlaması, dilimizdə virtual özəl şəbəkələr kimi tərcümə olunan VPN xidmətlərinə marağı artırdı.

Məlum olduğu kimi, əlçatmaz olan platformalar VPN xidməti sayəsində yoxlanılır.

ExpressVPN-in prezidenti Harold Li Donald Trump-ın TikTok haqqında mənfi danışdığı zaman ziyarətçilərin həftədə 10 faiz artımının şahidi olduğunu açıqlamışdı. ExpressVPN veb-saytına daxil olanların sayında bu artım bəzi digər saytlarda da müşahidə edilməkdədir.

TikTok tətbiqinin ABŞ-ın milli təhlükəsizliyini təhdid etdiyini söyləyən Donald Trump WeChat da daxil olmaqla Çin tətbiqetmələrini qadağan etməyə davam edir. WeChat və TikTok dueti üçün imzalanan fərmanlar 45 gün sonra qüvvəyə minəcək.

Milli.Az


Etiketlər:  istifadəsi sürətləndi TikTok vəziyyəti necə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ