Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun Minsk Qrupunun həmsədri statusuna ziddir

Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun Minsk Qrupunun həmsədri statusuna ziddir

Tarix: 13 Avqust 2020 23:30

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlarda vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Rusiyanın Ermənistana yenə də külli miqdarda silah-sursat ötürməsi gündəmin əsas müzakirə mövzularından biridir.

Belə ki, iyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində təxribata əl ataraq atəşkəsi pozması, dinc əhalini atəşə tutması fonunda rəsmi Moskva yenə də təcavüzkara dəstək verib. Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı məsələ ilə bağlı kəskin fikirlərini səsləndirib.

Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" proqramında Rusiyanın bu addımı ilə bağlı politoloqların iştirakı ilə müzakirə aparılıb.

Verilişdə qeyd olunub ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin milli maraqlarını beynəlxalq aləmdə qətiyyətlə və xüsusi prinsipiallıqla qoruyur. Rusiya Prezidenti ilə telefon danışığında ölkə başçımızın səsləndirdiyi fikirlər bunun əyani sübutudur. Bununla yanaşı, vurğulanıb ki, Azərbaycan bütün dövlətlərlə, qonşu ölkələrlə mehriban şəraitdə, dostluq və əməkdaşlıq prinsipləri çərçivəsində siyasət yürüdür. Amma ərazilərimizi işğal edən, sülhdən boyun qaçıran, sülh prosesində maraqlı olmayan işğalçı Ermənistana hərbi yardım rəsmi Bakı tərəfindən qəbuledilməzdir. Vurğulanıb ki, Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun Minsk Qrupunun həmsədri statusuna ziddir.

 

"Hədəf"in tam versiyasına "YouTube" kanalımızdan baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=gDNdSrZTquo


Etiketlər:  Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun Minsk Qrupunun həmsədri statusuna ziddir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ