Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 02:56
Bakı. Trend:
Boliviya prezidentinin səlahiyyətlərini icra edən Janin Aqnes prezident və parlament seçkilərinin 18 oktyabr tarixinə təxirə salınmasını təmin edən qanun imzalayıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, qanuna əzsasən 18 oktyabr səsvermənin son qəbul edilən tarixi olacaq və təxirə salına bilməz. Sənəddə seçkiləri təxirə salmağa cəhd edə biləcəklər üçün cinayət məsuliyyəti də nəzərdə tutulur.
Boliviyanın sabiq prezidenti Evo Morales sənədin qəbul edilməsini alqışlayıb.