Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 07:15
Azərbaycanda bir sıra sənət adamlar var ki, onlar nə qədər qəribə görünsə də, təxəllüs kimi götürdükləri bölgədən deyillər. Məsələn, məşhur meyxanaçı Namiq Qaraçuxurlu, müğənni Şəbnəm Tovuzlu və sair.
Sonxeber.net bildirir ki, "ölkə.az" sözügedən sənətçilərin bir qrupunu əslən hansı bölgədən olduğunu araşdırıb.
Meyxanaçı Namiq Qaraçuxurlu əslən Göyçay rayonundandır. Sadəcə, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində böyüdüyünə görə özünə "Qaraçuxurlu" təxəllüsünü götürüb.
Daha bir meyxanaçı Orxan Lökbatanlı da əslən başqa bölgədəndir. O, bu barədə qonaq olduğu verilişlərdən birində də deyib ki, İmişlidəndir.
Digər bir söz ustadı da təxəllüsündən fərqli olaraq, başqa bölgəni təmsil edir. Əhmədli meyxana məktəbinin yaradıcısı kimi tanınan Mehman Əhmədli Şəki rayonundandır.
Namiq Məna (Coratlı) kimi məşhurluq qazanan meyxanaçı isə əslən Qubadlı rayonundandır.
Meyxanaçı Rəşad Dağlı Xızı rayonunda anadan olub.
Xuraman Şuşalı əslən Xankəndi şəhərindəndir.
Müğənni Şəbnəm Tovuzlu da əslində başqa bölgəmizdəndir. Belə ki, o, Tovuz rayonunda böyüsə də, valideynləri Cəlilabaddandır.
Tanınmış aktyor, əməkdar artist Bəhram Bağırzadəni bir çoxları bakılı kimi tanıyır. Ancaq o, Bakıdan yox, Şamaxındandır.