Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 12:28
PSJ-nin qapıçısı Keylor Navas Çempionlar Liqasının yarımfinalında "Leyptsiq"lə oyunu buraxa bilər.
Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 33 yaşlı qolkiperin ÇL-in 1/4 finalında "Atalanta" ilə matçda zədələndiyi bildirilib. Tibbi müayinədən keçən Navasın yarımfinal görüşündə iştirakının sual altında olduğu vurğulanıb.
Qeyd edək ki, "Leyptsiq" - PSJ oyunu avqustun 18-i Lissabonda olacaq.