Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu, dini bir məsələ deyil, inanclı olan hər şəxs başa düşməlidir ki...''

''Bu, dini bir məsələ deyil, inanclı olan hər şəxs başa düşməlidir ki...''

Tarix: 14 Avqust 2020 17:58

Koronavirus yaşından və statusundan asılı olmayaraq hər bir kəsə təhlükəlidir. Məscidlərin bağlı qalması da epidemioloji vəziyyətlə əlaqədardır. İnsanların kütləvi bir məkana toplaşması yoluxma ehtimalını artırır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, fəlsəfə doktoru İbrahim Quliyev bildirib.

Onun sözlərinə görə, koronavirus dini məsələ deyil, yalnız tibbi məsələdir: "Bildiyiniz kimi hazırda hamımız pandemiya dövründə yaşayırıq. Koronavirus elə bir bəladır ki, təkcə Azərebaycanı deyil, bütün dünyanı cənginə alıb. Bu virus yaşından və təbəqəsindən asılı olmayaraq hər kəsə təhlükəlidir. Ona görə də, Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yaından Operativ Qərargah yaradılıb. Operativ Qərargahın qoyduğu qanunlar və tövsiyyələrə əməl etmək hər bir Azərbaycan vətəndaşının borcudur. Bu bir qanundur və qanuna əməl etməyən hər bir şəxs cəzalandırılır.

Ona görə də, məscidlərin bağlanma yaxud açılması məsələsi Qafqaz Müsəlman İdarəsinə aid olan bir məsələ deyil. Bu Operativ Qərargahın veridyi qərardır və hər bir inanclı, mömin və məscidə gələn hər bir şəxsdən QMİ olaraq xahişimz və tövsiyyəmiz ondan ibarətdir ki, onlar qanuna uyğun hərəkət etsinlər. Allah qoysa, Operativ Qərargah nə vaxt ki, qərar verər məscidlərin açılmasına, biz də hamımız ora toplaşıb əvvəl də olduğu kimi ibadətlərimizi davam edərik. Bu dini bir məsələ deyil, bunu inanclı olan hər şəxs başa düşməlidir ki, bu tibbi məsələdir".


Etiketlər:  dini məsələ deyil inanclı olan hər şəxs başa düşməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ