Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 18:54
İlk dəfə Avropa Liqasında çıxış edəcək. “Sumqayıt” növbəti transferini edib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan əsilli futbolçu Əli Qurbani ilə 1+1 illik müqavilə imzalanıb. 29 yaşlı hücumçu "Sumqayıt"da “9” nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, son olaraq İsfahan “Sepahan”ında çıxış edən Əli Qurbani “Nassaji” klubunun yetirməsidir. 2010-11 mövsümündə adıçəkilən klubun əsas komandasının da formasını geyinib (18 oyun, 3 qol). Əli son “Sepahan”la yanaşı (39 oyun, 4 qol) “Gahar” (23 oyun, 7 qol), “Shahr Khodro” (17 oyun, 3 qol), “Naft Tehran” (61 oyun, 16 qol), “İstiqlal” (55 oyun, 13 qol) və “Spartak Trnava” (9 oyun, 2 qol) klublarında da çıxış edib.