Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 03:40
Bakı. Trend:
Kanada və ABŞ hakimiyyəti sərhədləri daha 30 gün müddətində bağlı saxlamağı qərara alıblar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu öz "Twitter" səhifəsində Kanadanın baş naziri Castin Trüdo yazıb.
C.Trüdo bildirib: "(Sərhəddə məhdudlaşdırıcı - red.) tədbirləri daha 30 gün müddətinə, sentyabrın 21-dək uzatmaq barədə razılığa gəldik".
Onun sözlərinə görə, bu, davam edən pandemiya fonunda hər iki ölkə sakinlərinin təhlükəsizliyi üçün lazımdır.