Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 04:40
Bakı. Trend:
ABŞ-ın İrana qarşı silah embarqosunu uzadılması üzrə qətnaməsi BMT Təhlükəsizlik Şurasında lazımi sayda səs toplaya bilməyib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İndoneziyanın BMT yanında daimi nümayəndəsi Dian Trianşax Cani deyib.
Daimi nümayəndə bildirib: "İki ölkə qətnamənin lehinə, iki ölkə də əleyhinə səs verib, daha 11 ölkə səsindən istifadə etməyib. Beləliklə, sənəd qəbul edilməyib".
Bildirilir ki, qətnamənin lehinə ABŞ və Dominikan Respublikası, əleyhinə Rusiya və Çin səs veriblər.