Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Namizəd müəllimlər işə qəbul imtahanlarında təkrar iştirak etdikdə son nəticə nəzərə alınacaq

Namizəd müəllimlər işə qəbul imtahanlarında təkrar iştirak etdikdə son nəticə nəzərə alınacaq

Tarix: 24 Iyun 2019 16:08

Bakı. İlhamə İsabalayeva - Trend:

Stajı 10 ildən çox olan və 3 ildən az bir müddətdə işdən ayrılmış müəllimlərin işə qəbul müsabiqəsində iştirakı zamanı güzəşt olacaq.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, ötən il müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edildi. Bu dəyişikliyə uyğun olaraq müəllimlərin test imtahanlarında göstərdiyi nəticələr 2 il müddətində qüvvədə qalır.

E.Bağırov qeyd edib ki, ötən il müsabiqədə iştirak etmiş namizəd işə qəbul imtahanlarında təkrar iştirak edəcəyi təqdirdə onun son, yəni cari ilin nəticəsi nəzərə alınacaq:

"2018-ci ildə müsabiqəyə qatılan şəxs bu il yenidən müsabiqəyə qatılsa, onun bu il topladığı nəticə nəzərə alınacaq. Onun əvvəlki nəticəsi ləğv olunacaq".

E.Bağırov əlavə edib ki, 2014-cü ildən başlayan müəllimlərin diaqnostik qiymətləndirməsi 2018-ci ildə bütün ölkəni əhatə etdi:

"Demək olar ki, bütün müəllimlərin nəticələri artıq Təhsil Nazirliyində toplanıb. Buna görə də stajı 10 ildən çox olan və 3 ildən az bir müddətdə işdən ayrılmış şəxslər üçün güzəşt olacaq. Onlar artıq test imtahanına təkrar iştirak etməyərək yalnız əvvəl topladıqları nəticəyə görə vakansiya seçimində iştirak edəcəklər. Bu da stajı çox olan təcrübəli müəllimlər üçün bir əlavə imkan kimi qiymətləndirilməlidir".


Etiketlər:  Namizəd müəllimlər işə qəbul imtahanlarında təkrar iştirak etdikdə nəticə nəzərə alınacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ