Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 12:00
Peyvəndlərlə bağlı müxtəlif araşdırmalar aparılır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, Azərbaycan bu araşdırmaları yaxından izləyir: "Tədqiqatlarda iştirak edən şəxslərlə fikir mübadiləsi aparılır. Sertifikatlaşdırılmış peyvənd bazara çıxarılacağı təqdirdə Azərbaycan Respublikası tərəfindən onun alınması, vətandaşlara çatdırılması üçün işlər görüləcək. Bununla bağlı Operativ Qərargahın tərkibində xüsusi əməkdaşlar var".