Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hikmət Hacıyev müğənnilərin narazı çıxışlarına münasibət bildirdi

Hikmət Hacıyev müğənnilərin narazı çıxışlarına münasibət bildirdi

Tarix: 15 Avqust 2020 15:32

Bəzi mədəniyyət xadimlərinin bu haqda emosional çıxışlarını da gördük, onları da anlayışla qarşılayırıq.

Sonxeber.net xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, toyların həyata keçirilməsi digər xidmətlərin də həyata keçirilməsini nəzərdə tutduğu üçün əmək bazarına, vergi tutumuna və dövlət büdcəsinə xeyirlidir:

"Toyların keçirilməsi hər bir baxımdan yaxşı olardı. Bəzi mədəniyyət xadimlərinin bu haqda emosional çıxışlarını da gördük, onları da anlayışla qarşılayırıq. Amma digər tərəfdən məsuliyyətli dövlət anlayışı da var. Bu gəlirləri kənara qoyaraq insanların sağlamlığı önə keçir. Dövlət vətəndaşların sağlamlığı üçün bu addımları atmalıdır. Ona görə də toyların hansı məqamda keçiriləcəyi ilə bağlı fikir demək çətin olardı. Hazırda bununla bağlı qərar yoxdur".


Etiketlər:  Hikmət Hacıyev müğənnilərin narazı çıxışlarına münasibət bildirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ