Tarix: 15 Avqust 2020 16:18
“Zədəmi sağaltmışam. Uzun müddətdir ki, oynamırdım. Formaya düşmək üçün çox çalışdım. Bu oyun mühim idi”.Qol.az xəbər verir ki, bu sözləri “Bavariya”nın futbolçusu Filipe Koutinyo Çempionlar Liqasının 1/4 finalında “Barselona”ya 2:8 hesabı ilə qalib gələrək yarımfinala çıxdıqları matçdan sonra deyib. Müqavilə ilə Kataloniya klubuna məxsus olan braziliyalı oyunçu diqqətini bu turnirə yönəltdiyini bildirib:
“Barselona”ya qarşı oynamaq qeyri-adi idi. Amma “Bavariya” ilə müqaviləm var. Diqqətimi Çempionlar Liqasına yönəltmişəm”.
Qeyd edək ki, “Bavariya” turnirin yarımfinalında “Mançester Siti”-“Lion” cütünün qalibi ilə üz-üzə gələcək