Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pandemiya dövründə məscidlərə toplaşmaq və müxtəlif mərasimlər təşkil etmək məqsədəuyğun deyil''

''Pandemiya dövründə məscidlərə toplaşmaq və müxtəlif mərasimlər təşkil etmək məqsədəuyğun deyil''

Tarix: 15 Avqust 2020 16:30

Hazırda bütün dünya pandemiya ilə mübarizə şəraitindədir. Bu öldürücü xəstəliyə qarşı mübarizədə tibb işçilərinin rolu müstəsna əhəmiyyət kəsb edir. Dövlətimiz Azərbaycan ərazisində də yayılmış bu virusla mübarizə aparmaq, onun fəsadlarının qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıb. Hər bir vətəndaşımız Qərargahın müəyyən etdiyi qaydalara, verdiyi tövsiyələrə əməl etməli və bu işdə dövlətimizə dəstək olmalıdır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev deyib.

O qeyd edib ki, müqəddəs dinimizdə də insan sağlamlığının qorunması üçün müstəsna əhəmiyyət kəsb edən tələblər var. Uca Allah "Qurani-Kərim"də "Özünüzü öz əlinizlə təhlükəyə atmayın", Peyğəmbərimiz (s) də "Əgər bir məkanda xəstəliyin olduğunu bilsəniz ora daxil olmayın, əgər xəstəlik olan yerdəsinizsə, oradan kənara çıxmayın" deyə buyurmaqla insanların sağlamlığının qorunmasının vacibliyini vurğulayıblar. İndiki şəraitdə həm dinimizin, həm də dövlətimizin qoyduğu qanunlara riayət etməklə qapalı məkanlara, o cümlədən məscidlərə toplaşmaq və müxtəlif mərasimlər təşkil etmək məqsədəuyğun deyil. Əminik ki, tezliklə COVID-19 virusu aradan qalxacaq və məhz xəstəlik səbəbindən təkcə ölkəmizdə deyil, bir çox müsəlman dünyasında dini ayinlərin icrasına müvəqqəti olaraq bağlanmış məscidlər inanclı insanların üzünə açılacaq.


Etiketlər:  Pandemiya dövründə məscidlərə toplaşmaq müxtəlif mərasimlər təşkil etmək məqsədəuyğun deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ