Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri başa çatmaq üzrədir

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri başa çatmaq üzrədir

Tarix: 15 Avqust 2020 17:12

Bakı. Tamilla Məmmədova - Trend:

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri aktiv rejimdə davam edir və yekun mərhələyə yaxınlaşır.

Bu barədə Trend-ə layihənin Gürcüstan administrasiyasından bildiriblər.

Məlumata əsasən, hazırda quraşdırılmış siqnalizasiya, mərkəzləşdirmə və bloklama sisteminin sınaqları keçirilir.

Qeyd olunur ki, Gürcüstan sahəsində təhlükəsizlik norma və standartlarına uyğunlaşdırma üzrə tədbirlər görülür: "Biz soyuqların düşməsinədək işləri bitirmək üçün maksumum güclə işləyirik".

Qeyd edək ki, dəmiryolunun Gürcüstan sahəsində iritonnajlı konteynerlərin boşaldılması üçün 46 ton yükqaldırma qabiliyyətinə malik kranla təchiz olunmuş mexaniki məntəqə yaradılıb.


Etiketlər:  Bakı Tbilisi Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri başa çatmaq üzrədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ