Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 19:06
Pomidor likopinlə zəngindir. Bu maddə güclü xərçəng əleyhinə təsirə malikdir. Həmçinin likopin ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.
Maraqlıdır ki, pomidorda olan likopinin miqdarı termik emaldan sonra xeyli artır. Eyni zamanda yağlarla birlikdə yedikdə likopin orqanizm tərəfindən daha yaxşı mənimsənilir.
Sonxeber.net saglamolun.com-a istinadən bildirir ki, bütün bunları nəzərə alaraq mütəxəssislər pomidoru yağda bir qədər qızardıb yeməyi tövsiyə edirlər.
Ən faydalı göyərtilərdən biri olan ispanaq da termik emaldan sonra daha faydalı olur, onun tərkibində olan kalsium, maqnezium və dəmir daha yaxşı mənimsənilir.