Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2025 02:03
Sağlam qidalanmanın əsas şərtlərindən biri zülalı düzgün mənbədən almaqdır. Mütəxəssislər bildirirlər ki, xüsusilə 50 yaşdan sonra maddələr mübadiləsi yavaşladığı üçün orqanizm üçün həm yüngül, həm də qidalı ət növlərinə üstünlük vermək lazımdır.
Sonxeber.net xəbər verir ki, qidalanma üzrə mütəxəssislərin fikrincə, ən sağlam ət dovşan ətidir. Onun yüksək protein, lakin aşağı yağ tərkibi ilə seçilməsi onu digər ət növlərindən fərqləndirir.
100 qram dovşan ətində cəmi 170 kalori və təxminən 9 faiz yağ var. Bu səbəbdən, həm çəkisini qorumaq, həm də əzələ kütləsini saxlamaq istəyənlər üçün ideal seçim hesab olunur.
Dovşan əti aşağı xolesterol səviyyəsi sayəsində ürək-damar sağlamlığına müsbət təsir göstərir. Yüksək dəmir tərkibi isə anemiyanın qarşısını almağa kömək edir. Mütəxəssislər onun asanca həzm olunması səbəbindən mədə, bağırsaq və qaraciyər problemi olanlara da tövsiyə edirlər.