Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVİD-19 vaksinləri ölümlərə səbəb olub? - ABŞ-dən yeni araşdırma

COVİD-19 vaksinləri ölümlərə səbəb olub? - ABŞ-dən yeni araşdırma

Tarix: 11 Dekabr 2025 01:03

ABŞ Qida və Dərman Administrasiyası (FDA) COVID-19 peyvəndlərinin böyüklərdə ölüm hallarına səbəb olub-olmadığını müəyyən etmək üçün araşdırma aparır.

Sonxeber.net xəbər verir ki, "Nyu York Tayms"ın yaydığı məlumata görə, araşdırma FDA-nın peyvənd üzrə baş məmuru Vinay Prasadın noyabr ayında agentlik daxilində paylaşdığı qeyddən sonra genişləndirilib. Həmin qeyddə "təxminən 10 uşaq ölümünün peyvəndlə əlaqəli ola biləcəyi" iddia edilib. Sənədin daha sonra mətbuata sızması məsələyə əlavə diqqət çəkib.

Amerikalı tibb mütəxəssisləri isə COVID-19-un ABŞ-da 1,2 milyon insanın, o cümlədən 2 mindən çox uşağın ölümünə səbəb olduğunu xatırladaraq araşdırmaların yalnız elmi faktlara əsaslanmasının vacibliyini vurğulayıblar.

Məlumata görə, FDA hazırda Respirator Sinsitial Virusuna (RSV) qarşı hazırlanmış peyvənd və müalicələrin təhlükəsizliyini də paralel olaraq qiymətləndirir və bu məqsədlə bir sıra istehsalçı şirkətlərlə əlaqə saxlayır.


Etiketlər:  COVİD vaksinləri ölümlərə səbəb olub ABŞ dən yeni araşdırma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ