Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 01:52
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov son zamanlar çox tənqid edilən futbolçusu Nəriman Axundzadə ilə bağlı danışıb.
QOL.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda Bakıda "Ayaks"a uduzduqları (2:4) oyundan sonra keçirilən mətbuat konfransında gənc hücumçu ilə bağlı sualı cavablandırıb.
O, Nərimanın bugünkü çıxışından narazı qalan azarkeşlərə hər hansı söz deməkdə çətinlik çəkdiyini bildirib: "Əfsuslar olsun ki, Nərimanla bağlı müzakirələr çox gedir. Mən özüm bilmirəm onun haqda nə deyim. Hansısa fikir bildirsəm, bəlkə azarkeşə qarşı çıxmış olaram. Daha yaxşı oynaya bilərdi. Dəfələrlə demişəm ki, futbolçularımın yanındayam. İndi də. Kamilo Duran nə qədər sprint etdi, güc sərf etdi. Yorulmuşdu. Belə cavabım yoxdu ki, azarkeşlərin narazılığına fikir bildirim. Nəriman daha yaxşı oynaya bilərdi. Tək o yox, sonradan meydana çıxanlar. Oyuna kənardan baxıb həzz alırdım. 90 dəqiqə dinamika var idi. Son vaxtlar çox oyuna baxmışdıq, analiz etmişdik. Bəlkə də 3 ən yaxşı oyundan biridir. Hər iki komanda cəsarətli oynadı, xeyli sayda qol epizoduna girdi. Məğlub olduq. Deyəcək bir şey yoxdur".