Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dani Alveş "Fənərbaxça"ya keçir?

Dani Alveş

Tarix: 24 Iyun 2019 17:40

PSJ-dən ayrılan Dani Alveş karyerasını Türkiyədə davam etdirə bilər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Braziliya millisinin üzvü "Fənərbaxça"ya təklif olunub. İstanbul klubunun da azad agent olan futbolçunu heyətinə qatmaqda maraqlı olduğu bildirilir.

Qeyd edək ki, Alveş 2017-ci ilin yayından PSJ-də çıxış edirdi.

 


Etiketlər:  Dani Alveş Fənərbaxçaya keçir


RƏYLƏR